Paşinyandan delimitasiya ilə bağlı sensasion açıqlama 

saytların hazırlanması

Evə çatdırılma

Paşinyandan delimitasiya ilə bağlı sensasion açıqlama 

Siyasət

17 İyun 2024 16:59 407


Ermənistan Azərbaycanla sərhədin delimitasiyası məsələsi ilə bağlı referendum keçirə bilər. 

Yenisabah.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. 

“Hələlik keçmiş Sovet İttifaqı dövründə mövcud olan sərhədlər bərpa olunur. Mümkündür ki, Ermənistanla Azərbaycanın yeni razılaşmalar əldə etdiyi an gələcək.  pizza

Nə vaxtsa Ermənistanla Azərbaycan arasında bizim 100 kvadratmetrdən, onların isə 100 kvadratmetrdən imtina etməsi məsələsi müzakirə oluna bilər. Amma bu, referendum yolu ilə həyata keçirilməlidir”. 

Paşinyan bəhs etdiyi ərazilərin sərhədin hansı bölgəsində olduğu barədə məlumat verməyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!