Paşinyanı feysbukda söyən şəxs barəsində cinayət işi açıldı, axtarışa verildi

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanı feysbukda söyən şəxs barəsində cinayət işi açıldı, axtarışa verildi

Hadisə

22 Sentyabr 2021 22:18 1195


Ermənistan hüquq-mühafizə orqanları Baş nazir Nikol Paşinyanın feysbuk hesabındakı fotosunun altında təhqiredici şərhin yazılması ilə bağlı cinayət işi açıb.

Yenisabah.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumatda deyilir ki, sözügedən şərhlə bağlı Cinayət Məcəlləsinin 137.1 (ictimai fəaliyyətinə görə bir şəxsi ağır təhqir etmək) maddəsi ilə cinayət işi başlanıb. Pepperoni pizza

Hüquq-mühafizə orqanları şərh müəllifini müəyyən etmək üçün axtarış aparır.

Bundan əvvəl Cinayət Məcəlləsinə "Kobud təhqir" adı verilən və 3 milyon drama (təxminən 6000 ABŞ dolları) qədər cərimə və ya üç aya qədər həbs cəzası nəzərdə tutulan yeni bir maddə (137.1) əlavə edilib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!