Paşinyanın ağ bayraq qaldırmasına sayılı günlər qaldı 

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanın ağ bayraq qaldırmasına sayılı günlər qaldı 

Siyasət

27 Oktyabr 2020 07:30 8393


Qarabağ müharibəsində ağır itkilər verən və bütün cəhdlərinə baxmayaraq, beynəlxalq aləmin dəstəyini qazana bilməyən işğalçı Ermənistanın terrorçu rəhbərliyi ağ bayraq qaldırmaq üzrədir. Baş nazir Nikol Paşinyanın bu gün sərgilədiyi mövqe belə qənaətə gəlməyə əsas yardır.

“Azərbaycan həmişə daha çox istəyib. Erməni xalqı kompromisslərə hazırdırmı? Düşünürəm ki, bəli, erməni xalqı hətta ağrılı kompromislərə hazırdır”.

Erməni mediası yazır ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan özünün feysbukdakı birbaşa çıxışında deyib. Paşinyan iddia edib ki, erməni xalqı heç vaxt təslimçiliyi qəbul etməyəcək. Erməni baş nazir qeyd edib ki, resurslar əldə edib öz maraqlarımızı qorumalıyıq. N.Paşinyanın sözlərinə görə, onun ölkəsi elə situasiya yaratmalıdır ki, Azərbaycanın tələbi təslim olmaq yox, kompromis olsun. Dördpendirli pizza

Açıq-aydın görünür ki, N.Paşinyan özünü sığortalamaq üçün xalqını təslimçiliyə hazırlayır. Dünənə qədər “Qarabağ Ermənistandır”, deyə, sərsəmləyən Paşinyan Azərbaycan Prezidentinin sərt xəbərdarlıqlarından sonra nəinki bu ifadəni dilə gətirmir, hətta “ağrılı güzəştlər”ə getməyə hazır olduğunu bəyan edir. Hansı ki, ətraf 7 rayon daxil Dağlıq Qarabağın Ermənistana birləşdirildiyi barədə sayıqlamalar söyləyən də bu idi. /Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!