Paşinyanın COVİD testi yenə müsbət çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanın COVİD testi yenə müsbət çıxdı

Dünya

25 Dekabr 2024 16:59 367


Ermənistanın Baş naziri Nikol Paşinyanda COVİD-19 aşkarlanıb.

Yenisabah.az xəbər verir ki, baş nazir bu barədə Feysbuk səhifəsində yazıb.

“Bazar ertəsi, dekabrın 23-də COVİD-19 testimin nəticəsi müsbət oldu. Dekabrın 23-də və 24-də özümü təcrid etdim və yaşayış yerimdən işlədim. Dekabrın 25-də testin nəticələri mənfi oldu və normal iş rejiminə qayıtdım. pizza mizza

Bundan sonra həm də həmkarlarımla məsləhətləşərək, bu gün MDB ölkələrinin liderlərinin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində iştirak etməyəcəyəm.

Günün sonuna kimi Avrasiya İqtisadi Birliyi (Aİİ) Ali İqtisadi Şurasının iclasında iştirak edib-etməmək barədə qərar qəbul edəcəyəm”, - baş nazir vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!