“N.Paşinyan çıxılmaz vəziyyətdədir. Bir tərəfdən hakimiyyətini qorumaq, digər tərəfdən ölkə daxilində və xaricində artan təzyiqləri bloklamaq istəyir. Onun sonuncu mətbuat konfransı bu baxımdan diqqət çəkir”.
Bu sözləri Globalinfo.az-a politoloq Qabil Hüseynli Ermənistan Baş naziri Nikol Paşinyanın mətbuat konfransında dediyi fikirləri şərh edərkən deyib.
Onun sözlərinə görə, Paşinyan mətbuat konfransında bir çox suala cavab verdi, lakin ikisi xüsusi diqqət çəkir: Dördpendirli pizza
“Hesab edirəm, ilk diqqətçəkən məqam Nikol Paşinyanın ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı dedikləridir. Belə ki, o, “Sülh əldə olunarsa, Ermənistan ATƏT-in Minsk Qrupunun ləğvinin mümkünlüyünü istisna etmir”.
“Sülh bərqərar olanda bu formatın mövcudluğu suallar yarada bilər. Yeganə sual vaxtdır. Və indi bu mövzunu müzakirə etməyə dəyərmi?” – deyə Paşinyan bildirib.
Ümumiyyətlə, ATƏT-in Minsk Qrupu adı olub, özü olmayan bir təşkilatıdır. Bu təşkilatın varlığından ən çox Azərbaycan narahatdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də müsahibələrində ATƏT-in Minsk Qrupu ilə bağlı tənqidi fikirlər səsləndirir.
Azərbaycan qurumun fəaliyyətinin davam etməsini əsassız saysa da İrəvan görünür, fərqli düşünür. Yəni Paşinyan üçün sanki ATƏT-in Minsk Qrupu Bakıya qarşı bir təzyiq vasitəsidir.

Qabil Hüseynli
Paşinyan deyir ki, sülh olsa, biz də razıyıq. Amma sual budur ki, sülh hansı reallıqlar və şərtlər ilə olacaq? Bakı sülhün olmasını tez bir zamanda istəyir, amma bunun üçün Ermənistan konstitusiyasını dəyişməlidir. Görünür, Ermənistan bu şərtlər olmadan sülhün olmasını istəyir”.
Politoloq deyib ki, Paşinyanın Qarabağ erməniləri ilə bağlı dedikləri də diqqət çəkirdi:
“Paşinyan deyib ki, “Dağlıq Qarabağ”ın ləğvi haqqında fərmanı imzalayan və oranı təcili tərk edən şəxslər indi geri qayıtmaqdan danışırlar. O bildirib ki, keçən il ermənilər Qarabağı tərk etməsinə mane olmaqda ittiham olunurdu, indi isə onu danlayırlar ki, insanların ora geri qayıtmasına mane olurlar. Sevindirici haldır ki, Nikol daha bu məsələdə əks fikir nümayiş etdirmir. Əslində bu onunla bağlı deyil. Ermənistan ciddi demoqrafik böhran içərisindədir. Yəni əhali artmır. Qarabağdan gələn ermənilər isə daha gəncdir. Onlar demoqrafik vəziyyətə təsir edə bilər. Bundan başqa, Paşinyan ərazi iddiasının olmadığını deyib, yəni belə olan təqdirdə əks fikir irəli sürməsi onun sonu ola bilər”.
Telegram kanalımız