Paşinyanın isterikasının səbəbi bəlli oldu

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanın isterikasının səbəbi bəlli oldu

Siyasət

15 İyun 2024 12:47 532


İyunun 12-də Ermənistan baş naziri Nikol Paşinyanın istər Belarus prezidenti Alkesandr Lukaşenkonun ünvanına, istərsə Belarusla münasibətlərinə, istərsə KTMT-dən çıxması, istərsə də etiraz aksiyası keçirən müxalifətin ünvanına səsləndirdiyi sərt ittihamların səbəbi  bəlli olub.

Ölkə.Az xəbər verir ki, rusiyalı politoloq Sergey Markedonov Paşinyanın bu isterikasının səbəbini açıqlayıb.

"Bəs niyə məhz iyunun 12-də KTMT mövzusu baş nazir Paşinyanın diqqət mərkəzinə çevrildi? Bunun bir neçə səbəbi var. Dördpendirli pizza

Bu, daxili və xarici siyasət səbəblərinin birləşməsidir. Məhz iyunun 12-də Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması prosesinin başa çatdığı elan edilib. Bu mövzuya Ermənistanda çox ciddi şəkildə yanaşılır. 

Digər səbəb isə kütləvi etiraz aksiyaları Paşinyanı qıcıqlandırır və o etirazlarla bağlı emosiyalarını cilovlaya bilmir", - Markedonov qeyd edib.

O bildirib ki, Paşinyan bu cür bəyanatlar verməklə siyasi təşəbbüsü ələ keçirməyə çalışır: "Bu yolla diqqəti özündən və komandasında başqalarına yönəltmək üçün əlindən gələni edir".

O əlavə edib ki, Paşinyanın fikrincə,  məsuliyyətsiz davranan müxalifətdir, onun özü və komandası isə ağ vərəq kimi təmizdirlər. "Ən azından Paşinyanın ictimai şəkildə təbliğ etdiyi obraz budur. Amma hələ də cəmiyyəti narahat edən suallara ondan cavab yoxdur.

KTMT-dən çıxandan sonra Ermənistanın təhlükəsizliyini kim kompensasiya edəcək? Qərb “demokratik seçim”lə bağlı bəyanatlardan və Moskvanın Qafqazda təsirini minimuma endirmək istəyindən başqa nə təklif edir? İrəvan Bakı və Ankaraya güzəşt prosesində harada və necə dayanacaq? Cavab yoxdur, amma müxalifətdən ciddi narazılıq var”, - ekspert qeyd edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!