Paşinyanın korteji az qala əhalini tapdamışdı

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanın korteji az qala əhalini tapdamışdı

Hadisə

27 İyul 2021 16:54 2019


Ermənistan mətbuatı yenə baş nazirin səlahiyyətlərini icra edən, yaxud özünün dediyi kimi “xalqın baş naziri” Nikol Paşinyanın kortejinin yollarda yüksək sürətlə hərəkət etməsindən və başqalarının həyatına təhlükə yaratmasından yazır. 

“Past” qəzeti xatırladır ki, Paşinyan ötən bazar günü Vardavar bayramını qeyd etmək üçün doğma İcevan şəhərinə getmişdi. Və onu yüzlərlə polis, çoxsaylı cangüdənlər müşaiyət edirdi. Paşinyanın çoxsaylı avtomobillərdən ibarət korteji Sevan şossesi ilə böyük sürətlə hərəkətdə olarkən digər hərəkət iştirakçılarının həyatına real təhlükə yaradıb.

Belə ki, qəzetin müxbiri Paşinyanın böyük sürətlə şütüyən kortejində yer alan polis maşınlarının “Tsovaqyux” supermarketinin yaxınlığında dayananları necə şoka salmasının şahidi olub. Polis maşınları kortejdən qabaqda yüksək sürətlə, ziqzaqvari hərəkət edərək qarşı hərəkət zolağına çıxıblar və yoldakı digər avtomobilləri sağa-sola sıxışdırıblar. Bu zaman hərəkət iştirakçıları dəhşətə düşüblər, avtomobillərdən birinin sürücüsü şoka düşüb uzun müddət özünə gələ bilməyib. Onun avtomobilində azyaşlı uşaqlar olub. pizza

Ermənistan mətbuatı onu da yazır ki, seçkilərdən sonra Paşinyanın şəxs mühafizəsi xeyli gücləndirilib. Yeni qaydalara əsasən baş nazir parlamentə gələndə bütün deputatlar metal detektoru ilə yoxlanılacaqlar. Habelə digər təhlükəsizlik tədbirləri görüləcək, o cümlədən baş nazirin iqamətgahında onunla görüşmək istəyənlər daha sərt yoxlamalardan keçəcəklər.

Qeyd edək ki, hakimiyyətə təzə gələndə Paşinyan gah Yerevan küçələrində velosiped sürürdü, gah da işə piyada gedirdi və tez-tez onu cangüdənlərsiz görmək olurdu. /Virtualaz.org

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!