Paşinyanın növbəti saxtakarlığı

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanın növbəti saxtakarlığı

Rəsmi

02 Dekabr 2019 15:35 1195


Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə yalan danışıb. 

“Yeni Sabah” xəbər verir ki, Paşinyan   “Legatum Prosperity Index” İngilis Analitik İnstitutunun (Rifah indeksi) 2019-cu ildəki hesabatına toxunub və qeyd edib ki, Ermənistanın mövqeyi keçən ilə nisbətən 27 pillə yaxşılaşdıraraq 61-ci yeri tutub. 

Ermənistan dünya ölkələrinin rifah indeksində mövqeyini 27 pillə yaxşılaşdırıb. Onun bu yalanını elə öz həmyerlisi ifşa edib. Ermənistan Respublikaçılar partiyasının sədr müavini Armen Aşotyan öz “Facebook” səhifəsində yazıb ki, Ermənistanda hələ də belə hesabatları orijinal və tam şəkildə oxuyan insanlar var.  Dördpendirli pizza

“Beləliklə, əslində Ermənistanın mövqeləri həqiqətən yaxşılaşıb, ancaq Paşinyanın yazdığı kimi 27 pillə deyil, 7 pillə yüksəlib. Keçən il bənzər bir hesabatda Ermənistan 68-ci yerdə idi. “Reytinq müəllifləri ölkələri doqquz meyarla müqayisə edir” deyən Paşinyanın digər səhvlərini bir kənara qoyuram və bildirirəm ki, əslində reytinq 12 meyara əsaslanır.

Bu cür dezinformasiyanın ona hökumət işçiləri tərəfindən verildiyini də istisna etməməyə çalışacağam. Belə olan halda yalan xarakterli arayış məruzələr hazırlayan məmurlar cəzalandırılmalıdır”, - deyə Aşotyan qeyd edib.

Paşinyan sarsılmış nüfuzunu bərpa etmək üçün vaxtaşırı bu cür yalanlar uydurur. Bundan əvvəl Qarabağ münaqişəsi ilə bağlı avantürist açıqlamalar verməklə hesab edirdi ki, reytinqini xeyli dərəcədə artıracaq. Lakin bu, avantüra gözlənilən effekti vermədi. İndi Paşinyan vaxtaşırı beynəlxalq institutuların reytinq göstəricilərinə müraciət edir. Burada da saxtakarlıq etməklə seçicilərini aldatmağa çalışır. 

Görünür, Ermənistanın Baş naziri hələ də bulvar mətbuatının baş redaktoru qılafından çıxa bilməyib. Baş nazir olsa da hələ də bulvar mediasının rəhbrəi kimi onu maraqlandıran məlumatların yalan və ya doğru olması deyil, diqqəti cəlb etməkdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!