Paşinyanın Trampla görüşü baş tutmaya bilər – Şərh

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanın Trampla görüşü baş tutmaya bilər – Şərh

Dünya

07 Sentyabr 2019 11:28 951


Ermənistanın baş naziri Nikol Paşinyan bu ay ABŞ-a səfərə hazırlaşır. 

“Yeni Sabah” xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu  bu səfəri şərh edib. 

Politoloq bildirib ki, Nikol Paşinyanın Amerikaya səfərinin 3 məqsədi var:  Dördpendirli pizza

“Birinci məqsədi BMT Baş Assambleyasının 74-cü sessiyasında çıxış etməkdir. 

İkinci məqsədi BMT koridorlarında ABŞ prezidenti Donald Trampla görüşün reallaşmasına çalışmaqdır. 

Üçüncüsü, Nyu-Yorkdan Los-Ancelesə keçib buradakı erməni diasporu qarşısında çıxış etməkdir”.

Elxan Şahinoğlunun fikrincə, Paşinyanın Trampla görüşmək istəyinin reallaşması çətindir: “Ötən il də Paşinyan Trampla görüşməyə çalışdı, hətta bu məqsədlə əvvəlcə müşavirini Vaşinqtona yolladı, ardınca da ermənipərəst konqresmenlərin Ağ Evə məktub göndərilməsinə nail oldu. 

Ancaq bütün cəhdlər boşa çıxdı. Tramp Paşinyanla görüşmədi, bu dəfə də Ağ Ev sahibinin belə bir istəyi yoxdur”.

Nikol Paşiyanın BMT Baş Assambleyasında çıxışına gəlincə, politoloq qeyd edib ki, onun sessiyada nə söyləcəyini təxmin etmək üçün ötənilki çıxışının əsas tezislərinə diqqət yetirmək kifayətdir: 

“Paşinyan Baş Assambleyada ötənilki çıxışında demişdi ki, “Azərbaycan danışıqları Dağlıq Qarabağla aparmalıdır, əks təqdirdə belə çıxır ki, Bakıya yalnız Qarabağın ərazisi lazımdır, əhalisi yox”. 

O daha sonra bildrimişdi ki, “Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz”. Paşinyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının Ermənistanın xarici siyasətinin prioritetlərindən olduğunu deyərək əlavə etmişdi ki, qondarma “DQR”in statusu və təhlükəsizliyi Ermənistanın danışıqlar prosesindəki müstəsna prioriteti olacaq.

Nyu-Yorkdakı bu çıxışı ilə sülh danışıqlarına zərbə vuran Paşinyan beynəlxalq aləmi Azərbaycana təzyiqi artırmağa təhrik etmişdi: 

“Münaqişəni hərbi yolla həll etmək üçün hər hansı bir cəhd regionun təhlükəsizliyi, demokratiya və insan hüquqları üçün birbaşa təhlükədir. Ermənistan münaqişənin ATƏT-in Minsk qrupu formatında həlli prosesində konstruktiv şəkildə iştirak etməyə davam edəcək. Bu, münaqişənin həlli üçün yeganə beynəlxalq səviyyədə tanınmış mandatı olan formatdır”.

Maraqlıdır ki, Nikol Paşinyanın “sülhə çağıran” çıxışından bir neçə gün sonra Ermənistanın işğalçı qoşunları hərbi təlimlər keçirmişdi və bununla özləri bölgədəki gərginliyi artırmışdılar. Paşinyan ötənilki çıxışı Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən hər hansı nəticə əldə etməyin mümkünsüzlüyünü bəribaşdan müəyyənləşdirdi. Paşinyan ötən ilin sentybar ayında təxribatçı açıqlamalarını bu tezislərlə möhkəmləndirdi: 

“Dağlıq Qarabağda referendum keçirilməlidir”, “Dağlıq Qarabağ Ermənistana birləşdirilməlidir” (bu ilin avqustun 5-də Xankəndində dediyi bu ifadəni o hələ bir il əvvəl beyinlərə yetirməyə çalışırdı), “Dağlıq Qarabağın Azərbaycana aidiyyatı yoxdur”.

Nikol Paşinyanın BMT Baş Assambleyasının sessiyasında budəfəki çıxışnda da oxşar tezislərin səslənəcəyini proqnozlaşdırmaq olar. O ötənilki çıxışına Azərbaycana qarşı yeni ittihamlarına bunları da əlavə edə bilər: “Azərbaycan sülhdə maraqlı deyil”, “Azərbaycan münaqişəni hərbi yolla həllinə üstünlük verməklə bölgədə müharibə risqini artırır”.

Aydındır ki, Paşinyanın bu çıxışından sonra Azərbaycan Xarici İşlər Nazirliyi ənənəvi açıqlamasını yayacaq. Ancaq Paşinyanın təxribatçı çıxışlarına başqa səviyyədə reaksiya verilməlidir. O da indidən aydındır ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda gözlənilən görüşü ötənilki kimi nəticə verməyəcək. Bu görüşlər danışıqların imitasiyasından başqa heç nə deyil. Bizə isə imitasiya deyil, münaqişənin həllini yaxınlaşdırmaq lazımdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!