Paşinyan növbədənkənar seçkilərə getmək istəyir 

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan növbədənkənar seçkilərə getmək istəyir 

Rəsmi

01 Dekabr 2023 09:37 1495


Ermənistan hakimiyyəti iqtidarı saxlamaq üçün növbədənkənar seçkilərə getmək məsələsini müzakirə edir. 

Yenisabah.az xəbər verir ki, bu barədə “Pastinfo”nun əldə etdiyi məlumatda bildirilib. 

Qeyd edilir ki, bir müddət əvvəl İrəvanda keçirilən mer seçkilərinin xoşagəlməz nəticələri Ermənistanın hakim “Mülki müqavilə” partiyasını narahat edib. İddialara görə, hakim partiyanın funksionerləri Baş nazir Nikol Paşinyana müxalifətin zəif olduğu bir vaxtda növbədənkənar seçkilər barədə düşünməli olduğunu başa salıblar.  pizza hut

Bildirilib ki, əsl müxalif siyasi qüvvənin meydana çıxacağı təqdirdə “Mülki müqavilə” inzibati resurslardan istifadə etsə belə, hakimiyyəti əldə saxlaya bilməyəcək və ona görə də yeni yaz seçkilərinə getmək variantı müzakirə olunur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!