Pasportundakı imzaya kreativlik gətirmək istədi, başına oyun açdı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Pasportundakı imzaya kreativlik gətirmək istədi, başına oyun açdı - Foto

Dünya

13 Sentyabr 2019 15:42 1114


Amerika Birləşmiş Ştatlarında (ABŞ) bir gənc şəxsiyyət vəsiqəsindəki imzaya kreativlik gətirmək istəyərkən öz başına oyun açıb. 

“Yeni Sabah” xarici mətbuata istinadən xəbər verir ki, həmin oğlan şəxsiyyət vəsiqəsini yenilədərkən imzasını zarafat məqsədi ilə üç pişik şəklində qeyd edib.

Lakin illər sonra bu imza onun başına bəla olub. Rəsmi sənədlərə üç pişik şəklində imza atmaq məcburiyyətində qalan gənc ən böyük şoku ev üçün kredit aldığında yaşayıb. Gənc 50 səhifəlik müqaviləni üç  pişik fiquru ilə imzalamalı olub.  pizza mizza

Analoji hadisə ötən il Peruda 31 yaşlı Xuan Karlos Varilliyasın da başına gəlmişdi. Şəxsiyyət vəsiqəsinə imzasını pişik fiquru olaraq atan şəxs polislərin təəccübünə səbəb olmuşdu. 

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!