Paytaxtda zəncirvari qəza - 7 maşın əzildi

saytların hazırlanması

Evə çatdırılma

Paytaxtda zəncirvari qəza - 7 maşın əzildi

Hadisə

05 Noyabr 2021 11:43 762


Bakının Nəsimi rayonunda baş verən yol qəzasında bir nəfər xəsarət alıb, yeddi avtomobilə ziyan dəyib.

Yenisabah.az-ın məlumatına görə, hadisə gecə saatlarında metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında qeydə alınıb. Zəncirvari yol nəqliyyat hadisəsi zamanı “Hyundai”, “Toyota”, “Renault”, “Mercedes”, “Toyota Prado”, “Hyundai” və “KİA” markalı nəqliyyat vasitələrinə ciddi maddi ziyan dəyib.

Hadisə zamanı ölən olmasa da, xəsarət alan olub. Faktla bağlı hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib, qəzanın hansı səbəbdən baş verdiyi araşdırılır. Toyuqlu pizza

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli hadisə ilə bağlı Trend-ə açıqlamasında bildirib ki, hadisə avtoxuliqanlıq zəminində baş verib:

"Hadisə zamanı nəqliyyat vasitələrində olan hərəkət iştirakçılarından birinin diz qapağında xəsarət müəyyən edilib. Əraziyə baxış keçirilib və toplanılmış materiallar Bakı Şəhər Dövlət Yol Polisi tərəfindən ibtidai istintaqın aparılması üçün Nəsimi Rayon Polis İdarəsinə təqdim edilib. Araşdırmalardan sonra hadisəyə hüquqi qiymət veriləcək.

İlkin məlumatlara görə, qəzaya “Hyundai” və “Toyota” markalı avtomobillərin sürücülərinin avtoxuliqanlıq etməsi səbəb olub. Hadisə zamanı 7 maşına ziyan dəyib onlardan üçü əzilib, yəni ciddi maddi ziyan dəyib. “Toyota” markalı avtomobilin sürücüsü hadisə yerindən qaçıb. Hazırda onun kimliyinin müəyyənləşdirilməsi istiqamətində işlər görülür. Araşdırmanın sonunda yol nəqliyyat hadisəsinə səbəb olan bütün şəxslər məsuliyyətə cəlb ediləcəklər, ictimaiyyətə əlavə məlumat veriləcək”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!