Paytaxtdakı şadlıq evində mənşəyi məlum olmayan məhsullar aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Paytaxtdakı şadlıq evində mənşəyi məlum olmayan məhsullar aşkarlandı

Sosial

06 Mart 2025 23:18 274


Nizami rayonu, Babək prospekti, 76 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Eldar Ağa Zəki oğlu Dadaşova məxsus "Sərin" şadlıq evində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları yoxlama keçiriblər.

Yenisabah.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, baxış zamanı obyektdə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, temperatur rejiminə əməl edilmədiyi, həmçinin mənşəyi məlum olmayan heyvan mənşəli məhsulların istehlaka təqdim edildiyi aşkarlanıb. Araşdırmaların davam etdiyi bildirilib. pizza hut

Məsələ ilə bağlı danışan "Sərin" şadlıq evinin administratoru Təvəkkül Qurbanov bildirib ki, yayılmış görüntülərdəki salatlar və digər qida məhsulları toy olmadığı üçün öncədən qalıb və həmin məhsullar heç bir halda yenidən süfrəyə verilmir:

"Yeməklərdə istifadə olunan toyuğu isə birbaşa olaraq bazardan alırıq və qətiyyən broylerdən istifadə etmirik. İstifadə olunan məhsulların aktı var, bütün sənədlərimiz qanunauyğun şəkildədir"- deyə, o bildirib.

Eyni zamanda qeyd olunub ki, müvafiq sənədlərin hər biri qaydasındadır və sertifikatları da mövcuddur./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!