Paytaxtın 2 küçəsi təmirə görə bağlandı

saytların hazırlanması

Evə çatdırılma

Paytaxtın 2 küçəsi təmirə görə bağlandı

Sosial

27 Aprel 2025 12:23 248


Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində təmir işləri aparılır.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Təmir işləri çərçivəsində artıq ərazidə frezlənmə (köhnə asfaltın qaşınması) prosesi yekunlaşıb. Hazırda ərazidə sözügedən hissəyə yeni asfalt-beton örtüyünün döşənməsi icra olunur. pizza sifarişi

Bununla əlaqədar olaraq qeyd olunan kəsişmədə hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb.

Qeyd edək ki, aparılan təmir işlərinin bu gün axşam saatlarına qədər yekunlaşdırılması planlaşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!