Paytaxtın bəzi küçələrində təmir işləri yekunlaşdı - Video

saytların hazırlanması

Evə çatdırılma

Paytaxtın bəzi küçələrində təmir işləri yekunlaşdı - Video

Sosial

28 Noyabr 2024 00:51 1040


İqlim dəyişmələri ilə mübarizənin başlanğıcı hesab edilən COP29-a hazırlıq prosesi qısa çəksə də, ölkəmiz bu işin də öhdəsindən layiqincə gəlib.

Paytaxtda bir sıra küçələr, tarixi abidələr, binalar, parklar abadlaşdırılıb.

"28 May" stansiyasının qarşısındakı ərazi də piyadalar üçün münbit zonaya çevrilib, ərazidə onlar üçün oturacaqlar salınıb, ağaclar və kollar əkilib. Həmçinin, digər parklarda da abadlaşdırma işləri aparılıb. Pepperoni pizza

Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Mətin Hüseynov bildirib ki, ölkə başçısının tapşırıqlarına uyğun olaraq, son 20 il ərzində Bakı şəhəri ərazisində 300-ə qədər park əsaslı təmir olunub və ya yenidən qurulub:

"Hazırda paytaxt ərazisində Mərkəzi Nəbatat Bağında, Xəzər rayonunun Mərdəkan qəsəbəsində Dendrologiya Bağında əsaslı təmir, yenidənqurma işləri aparılır. Mərkəzi Parkın üçüncü hissəsində genişləndirmə, abadlıq işləri görülür".

Ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!