Pele üçüncü dəfə xəstəxanaya yerləşdirildi

saytların hazırlanması

Evə çatdırılma

Pele üçüncü dəfə xəstəxanaya yerləşdirildi

İdman

03 Dekabr 2022 13:35 776


Braziliyalı futbol əfsanəsi Pele yenidən xəstəxanaya yerləşdirilib.

Yenisabah.az “Frans Press” agentliyinə istinadən xəbər verir ki, futbolçuda tənəffüs yolu infeksiyası aşkarlanıb.

Hazırda onun vəziyyəti stabildir. pizza sifarişi

"Tibb briqadası Peleyə tənəffüs yolu infeksiyası diaqnozu qoyub. O, antibiotiklərlə müalicə olunur. Xəstənin dərmanlara reaksiyası adekvat olub. Pele reanimasiyada deyil, adi palatada qalır. O, müalicəsini davam etdirmək üçün bir müddət xəstəxanada qalacaq”, - məlumatda deyilir.

Qeyd edək ki, 82 yaşlı Pele bədənindəki bədxassəli şişlərin müalicəsi məqsədi ilə bu il iki dəfə xəstəxanaya yerləşdirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!