Pele yenidən xəstəxanaya yerləşdirildi

saytların hazırlanması

Evə çatdırılma

Pele yenidən xəstəxanaya yerləşdirildi

İdman

30 Noyabr 2022 20:14 729


Futbol üzrə üçqat dünya çempionu, Braziliya millisinin əfsanəvi hücumçusu Pele yenidən xəstəxanaya yerləşdirilib.

Yenisabah.az xəbər verir ki, əfsanəvi forvardda çoxsaylı iltihab aşkarlanıb. Ona həmçinin, ürək çatışmazlığı diaqnozu qoyulub.

Bildirilib ki, Pelenin son aylar ərzində keçirdiyi kimyəvi terapiya onun bədənindəki şişlərə heç bir təsir göstərməyib. Sezar pizza

Qeyd edək ki, Pele ötən ilin sentyabrında yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib. Veteran futbolçu sonradan bir neçə dəfə xəstəxanaya yerləşdirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!