Özünü güllələyən əsgərlə bağlı Hərbi Prokurorluqdan AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Özünü güllələyən əsgərlə bağlı Hərbi Prokurorluqdan AÇIQLAMA

Hadisə

06 Avqust 2023 19:32 1474


Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının hərbi qulluqçusu, əsgər Şamxalov Ülvi İlyas oğlunun odlu silahdan atəş açmaqla özünə xəsarət yetirməsi barədə Lənkəran Hərbi Prokurorluğuna məlumat daxil olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Hərbi Prokurorluğundan bildirilib.

Qeyd olunub ki, daxil olmuş məlumat əsasında Lənkəran hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib. Marqarita pizza

Hazırda Lənkəran hərbi prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!