Pensiya islahatlarına dəstək məqsədilə konfrans keçirilib

saytların hazırlanması

Evə çatdırılma

Pensiya islahatlarına dəstək məqsədilə konfrans keçirilib

Sosial

13 Mart 2019 16:40 951


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa İttifaqının (Aİ) dəstəyi ilə icra olunan “Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatının həyata keçirilməsində Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyinə dəstək” adlı tvinninq layihəsinin yekunlarına dair konfrans keçirilib.  

“Yeni Sabah” xəbər verir ki, layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Fransanın Sosial İşlər və Səhiyyə Nazirliyi, Əmək, Məşğulluq, Peşə Təhsili və Sosial Dialoq Nazirliyi, Avropa və Beynəlxalq İşlər Nümayəndiliyi ilə birlikdə həyata keçirilib.  Bu, Fransa ilə tərəfdaşlıqda icra olunan artıq üçüncü tvinninq layihəsidir.

Konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Aİ-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri və Aİ-nin ölkəmizdəki səfiri Kestutis Yankauskas, Fransanın Azərbaycandakı səfirinin müşaviri Yohan Şitterer, avropalı ekspertlər və b. iştirak edib.  pizza

S.Babayev pensiya təminatının əhalinin sosial müdafiəsində önəmli rola malik olduğunu, Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramının pensiya təminatı sisteminin inkişafında da  əhəmiyyətli irəliləyişlərə imkan verdiyini vurğulayıb. Nazir dövlət başçısının tapşırığına əsasən, ölkədə pensiyaların artırılması və pensiya təminatının əhatə dairəsinin genişləndirilməsi, eyni zamanda, bu sahədə  avtomatlaşdırılmış mexanizm üzərində proaktiv xidmətlərin qurulması istiqamətində mühüm addımların atıldığını qeyd edib. 

Nazir bildirib ki, sosial sahədə aparılan geniş miqyaslı islahatlar, digər tərəfdən, pensiya təminatı sisteminin  qabaqcıl Avropa təcrübəsinə uyğun təkmilləşdirilməsi hədəfinə xidmət edir. İki il əvvəl başlanan “Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatının həyata keçirilməsində Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyinə dəstək” adlı tvinninq layihəsi bu istiqamətdə islahatlara dəstək məqsədi daşıyıb. Pensiya təminatı üzrə avtomatlaşdırılmış maliyyə nəzarəti sisteminin (elektron auditin) inkişaf etdirilməsi sahəsində bacarıqların və vasitələrin, səmərəliliyin artırılması, büdcə tərtibatı prosesinin institutsional və texniki aspektlərinin təkmilləşdirilməsi, büdcənin tərtibatında strateji planlaşdırma mexanizmlərinin gücləndirilməsi və s. ilə bağlı  layihə çərçivəsində Avropanın qabaqcıl təcrübələri əsasında qiymətləndirmələr aparılıb, konseptual və təlimat sənədləri, təkliflər, tövsiyələr hazırlanıb. Avropalı ekspertlərlə birgə layihənin bütün komponentləri üzrə məqsədyönlü işlər aparılıb. Pensiya sahəsində islahatlar prosesində bu layihə üzrə görülmüş işlərin nəticələri, eyni zamanda, qabaqcıl təcrübələrin öyrənilməsi xüsusi önəm kəsb edir.

K.Yankauskas ötən dövrdə icra olunan birgə layihələrin Azərbaycanda əmək və sosial müdafiə sisteminin inkişafına dəstək məqsədinə yönəldiyini deyib. O, həmin layihələrin Aİ ölkələrində müvafiq sahələrdə mövcud olan təcrübələri, yeni yanaşmaları öyrənmək, gələcək islahatlar üçün həmin təcrübələrdən istifadə imkanı verdiyini qeyd edib. K.Yankauskas pensiya təminatı sahəsi üzrə tvinninq layihəsinin də pensiya sahəsində islahatlar prosesində öz rolunu oynayacağını vurğulayıb. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!