Pensiya ödənişləri yekunlaşdı - Əlavələrlə birlikdə məbləğ nə qədərdir?

saytların hazırlanması

Evə çatdırılma

Pensiya ödənişləri yekunlaşdı - Əlavələrlə birlikdə məbləğ nə qədərdir?

Sosial

25 Fevral 2025 17:25 3517


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə fevral ayının pensiya ödənişini yekunlaşdırıb.

Yenisabah.az xəbər verir ki, fevralın 11-də Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin fevral ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

1 yanvar 2025-ci ilədək təyin edilmiş bütün növ pensiyalar ilin əvvəlindən 8,1 faiz indeksləşdirilərək artırılıb, habelə fevralın 1-dən minimum pensiya artırılaraq 280 manatdan 320 manata çatdırılıb. pizza sifarişi

Fevral ayının pensiyaları yeni artımlarla birgə ödənilib, həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı da fevral ayının pensiyasına əlavə olunub.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Niyaz
    Vallah da billahda 3cu qrup elilem sosial penisye alıram helede kocmeyib indi yoxlamışam
    1 year ago