Pensiyaçılara şad xəbər: Artımla birlikdə veriləcək

Pensiyaçılara şad xəbər: Artımla birlikdə veriləcək

Sosial Veb saytların hazırlanması

12 Yanvar 2023 13:08 956


"Hər ay pensiyaların qrafikdən bir neçə gün əvvəl ödənişi həyata keçirilir və bu ay üzrə də pensiyaların ödənişinin qrafik üzrə aparılmasında hansısa gecikmə özünü göstərmir". 

Bunu Yenisabah.az-ın sorğuna cavabında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili deyib.

Onun sözlərinə görə, bu ay üzrə yenilik və pensiyaçılara dəstək olaraq bütün pensiyaçılara ötən il üzrə verilən maddi yardımın hər aya düşən məbləğinin 2023-cü ilin əvvəlindən onların pensiyaları tərkibinə daxil edilməsi ilə əlaqədər elektron sistemlərdə texniki işlər icra olunmaqdadır.

"Artıq bu işlər yekunlaşmaqdadır və qısa müddətdə başa çatdırılaraq, pensiyaların ötən il üzrə verilən maddi yardımın hər aya düşən məbləği də əlavə olunmaqla, yəni yeni artımla ödənişinə başlanacaq",- Rəşad Mehdili vurğulayıb.

Qeyd edək ki, qurum rəsmisi bundan öncə saytımıza açıqlamasında pensiyaların yanvar ayının 11-də ödəniləcəyini demişdi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!