Pentaqon Çinin nüvə gücünə dair hesabat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Pentaqon Çinin nüvə gücünə dair hesabat yaydı

Dünya

19 Dekabr 2024 10:59 336


Çinin 600-dən çox nüvə başlığı var və 2030-cu ilə qədər onun arsenalı 1 min ədədi keçəcək.

Yenisabah.az xəbər verir ki, bu Pentaqonun Çinin döyüş gücünə dair yeni illik hesabatında (China Power Report) əks olunub.

Çinin hazırda malik olduğu nüvə başlıqlarının sayı 2024-cü ilin ortalarına kimi verilir. Keçən ilki hesabatda Çinin 500-dən çox nüvə başlığı olduğu bildirilirdi. pizza mizza

"Müdafiə Nazirliyi 2024-cü ilin ortalarına kimi ÇXR-in 600-dən çox operativ nüvə başlığına malik olduğunu təxmin edir. Nazirlik Çinin 2030-cu ilə qədər 1000-dən çox operativ nüvə başlığına sahib olacağını və 2035-ci ilədək ən azı öz qüvvələrini genişləndirməyə davam edəcəyini proqnozlaşdırır”, - hesabatda deyilir.

“Çin yeni qitələrarası ballistik raketlər (ICBM) hazırlayır ki, bu da öz nüvə raket gücünü əhəmiyyətli dərəcədə təkmilləşdirəcək və nüvə başlıqlarının istehsalının artırılmasını tələb edəcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!