Pərvinə sual: Bağ evini sizə sevgiliniz alıb? - Video

saytların hazırlanması

Evə çatdırılma

Pərvinə sual: Bağ evini sizə sevgiliniz alıb? - Video

Şou

07 Noyabr 2023 14:11 1206


Aktrisa Pərvin Abıyeva ilk dəfə aldığı dəbdəbəli bağ evindən söz açıb. 

Yenisabah.az Bizim.media-ya istinadla xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkə hesabında açdığı canlı yayımda danışıb. 

Kişi izləyicisindən gələn "Bağ evini sevgilin alıb" sualına Abıyeva əsəbiləşərək belə reaksiya verib:  Marqarita pizza

"Birincisi, o bağ evi alınmayıb, tikdirilib. O bağ evini 2 ildən artıqdır, 3 ildir ki, tikdirirəm. Sadəcə onu sakit və səssiz-səmirsiz tikirəm. 3 ilə başa gələn bağ evidir. Yəni heç kim, "sevgili-mevgili" almayıb. Özüm şəxsən tikmişəm.

Belə də ki, lap sevgilim tikib və ya tikdirib, bu kimi "tikir"? Bax sənə nə? Kimə nə? Bu informasiya sənə nə verir?" 

Qeyd edək ki, Pərvin Abıyeva bir neçə həftə əvvəl sözügedən yeni villasında özünə təmtəraqlı ad günü məclisi keçirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!