“Hazırda Azərbaycanda peşə təhsili müəssisələrinin vəziyyəti qənaətbəxş deyil. Peşə-ixtisas təhsilinin məzmunu təhsilalanın, cəmiyyətin, dövlətin maraq və tələblərini, milli və ümumbəşəri dəyərləri əks etdirməklə, təhsilalanların yaş, fizioloji və psixoloji xüsusiyyətləri nəzərə alınmaqla onların dünyagörüşünün formalaşmasını, bazar münasibətlərinin tələblərinə uyğun zəruri bilik və bacarıqlara yiyələnməsini, müstəqil, yaradıcı şəxsiyyət kimi əmək fəaliyyətinə hazırlanmasını, cəmiyyətin faydalı və məhsuldar üzvünə çevrilməsini və azərbaycançılıq ideyalarına sadiqliyini təmin edir”.
Bu sözləri “Yeni Sabah”a təhsil eksperti Kamran Əsədov yeni “Peşə təhsilinin dövlət standartları” nı şərh edərkən deyib. Onun sözlərinə görə, indiyə qədər mövcud olan sistem təhsil alanların peşəkar kadr kimi formalaşmasına yetərli olmayıb:
“Müasir şəraitdə əmək qabiliyyəti yaş dövrünə qədəm qoyan nəslin əmək karyerasının təmin edilməsində peşə təhsili sistemi müstəsna əhəmiyyətə malikdir. Müəyyən sənaye potensialına malik olan ölkələrin əksəriyyətində peşə təhsili sistemi özünəməxsus yer tutur. Müasir dövrün tələblərinə görə, peşə-ixtisas təhsilinin məzmunu təhsilalanın və cəmiyyətin tələbatına, dövlətin təhsil siyasətinə uyğun olmaqla nəticəyönümlülük, şəxsiyyətyönümlülük, inteqrativlik prinsipləri əsasında müəyyənləşdirilir və təhsilalanlara müstəqil həyatda lazım olacaq zəruri bilik və bacarıqların aşılanmasını təmin etməlidir. Hazırda qüvvədə olan müddətlə peşə təhsilində təhsil alan gənc peşənin mahiyyətini və sosial əhəmiyyətini dərk etmədən onu bitirmiş olurdu. 1 il ərzində peşə təhsili alan tələbə İKT-dən istifadə etmək bacarığına, iş şəraitini təhlil etməyi, cari və yekun nəzarəti həyata keçirməyi, fəaliyyətini qiymətləndirməyi və korreksiya etməyi, işin nəticəsinə görə məsuliyyət daşımaq kimi ciddi bacarıqlara yiyələnmirdi. Komandada işləməyi və cəmiyyətdə işəgötürənlərlə faydalı ünsiyyət qurmağı bacarmırdı”. Toyuqlu pizza
Ekspert bildirib ki, bunlara səbəb müddətin az olması idi:
“Çünki təhsil müddəti buna yetərli deyildi. Ona görə də peşə təhsilini bitirənlər əmək bazarının tələbinə cavab verən işçi qüvvəsinə çevrilmirdi. Hesab edirəm ki, peşə-ixtisas təhsili haqqında dövlət sənədi – diplom və tam orta təhsil haqqında dövlət sənədi – attestat alan şəxslərə birbaşa ali məktəblərə eyni ixtisas üzrə qəbul olmaq hüququ vermək lazımdır. Müddətin artırılması peşə təhsilin keyfiyyətinin artmasına gətirib çıxaracaq. Qeyd edim ki, Avropada peşə məktəblərini iqtisadiyyatın əsas gücü sayırlar. Buna görə də, Qərb hökumətləri keyfiyyətli və təminatlı tədris üçün peşə məktəblərinin inkişafı üçün hər cür şərait yaradır, lazımi vəsait ayırır. Avropada hər il yeniyetmələrin 20-25 faizi peşə təhsilinə yönəlir. Azərbaycanda isə bu rəqəm 10 faizin altındadır. Nazirlər Kabineti tərəfindən edilən dəyişiklik peşə təhsilinin müasir çağırışlara cavab vermə istiqamətində mühüm addımdır”.
Əsmər Qabil
Telegram kanalımız