Peskov bölgədəki gərginlikdən danışdı: Məyusuq

saytların hazırlanması

Evə çatdırılma

Peskov bölgədəki gərginlikdən danışdı: Məyusuq

Dünya

02 Mart 2026 17:07 405


Moskva və Tehran arasında gərginliklə bağlı intensiv məsləhətləşmələr aparılır.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

O, ABŞ və İsrailin İrana qarşı hərbi addımlarından sonra Moskvanın Tehranla daimi təmasda olduğunu bildirib. Dominos pizza

Peskov qeyd edib ki, Rusiya rəhbərliyi hazırda münaqişədən təsirlənmiş region dövlətləri, o cümlədən Körfəz ölkələrinin liderləri ilə danışıqları davam etdirir.

Onun sözlərinə görə, ABŞ və İran arasında diplomatik irəliləyişlərin qeydə alınması barədə hesabatlara baxmayaraq, vəziyyətin açıq hərbi təcavüz həddinə qədər kəskinləşməsi Moskvada böyük məyusluq yaradıb. Rusiya tərəfi bölgədəki gərginliyin daha da artmaması üçün tərəflərlə diplomatik kanallar vasitəsilə işləməyə davam edir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!