Peskov Ermənistanın əsassız iradlarına münasibət bildirib

saytların hazırlanması

Evə çatdırılma

Peskov Ermənistanın əsassız iradlarına münasibət bildirib

Siyasət

13 Noyabr 2020 13:29 1989


Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi Qarabağla bağlı Bakı, Moskva və İrəvan arasında birgə imzalanan bəyanatdan sonra daha da güclənib.

Yenisabah.az xəbər verir ki, erməni cəmiyyəti Rusiyanı Ermənistana xəyanətdə ittiham edir. Moskvaya qarşı qınaqlar o həddə çatıb ki, Kreml baş verənlərə reaksiya vermək məcburiyyətində qalıb.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "RİA Novosti"yə açıqlamasında bildirib ki, Moskvanı xəyanətdə ittiham etmək əsassızdır. pizza

Onun sözlərinə görə, Kreml həm Azərbaycan Prezidenti İlham Əliyevi, həm də Ermənistan Baş naziri Nikol Paşinyanı Rusiyanın dostu hesab edir.

“Yalnız bu cür yanaşma Rusiyaya Dağlıq Qarabağ münaqişəsində tərəfsiz vasitəçi rolunu oynamağa imkan verir”, - deyə Peskov vurğulayıb.

O daha sonra deyib ki, bir neçə il ATƏT-in Minsk Qrupu münaqişənin dinc yolla həlli üçün formullar təklif etsə də, “bu və ya digər səbəblərdən” istənilən nəticəni əldə etmək mümkün olmayıb.

Mətbuat katibi bildirib ki, Dağlıq Qarabağdakı hadisələrdən sonra Rusiyadakı azərbaycanlı və erməni diasporları arasında münaqişə olmayacaq.

 

Peskovun sözlərinə görə, hər iki tərəfin diasporu məsuliyyətli davranır.

Məlumat üçün deyək ki, ATƏT-in Minsk Qrupunun, o cümlədən ayrıca Rusiyanın irəli sürdüyü formullarla Ermənistan razılaşmayıb. Paşinyan hakimiyyətə gəldikdən sonra ümumiyyətlə danışıqlar prosesi iflasa uğrayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!