Rusiya Gürcüstanda keçirilən parlament seçkilərinə müdaxilə ilə bağlı ittihamları qətiyyətlə rədd edir.
Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrini şərh edərkən deyib: “Bu, gürcü xalqının seçimidir”. Sezar pizza
“İndi çox vacibdir ki, heç bir üçüncü dövlət bu seçkilərin nəticələrinə müdaxilə etməsin. Gürcüstan prezidenti deyib ki, seçkilərin nəticəsini tanımır. Bilmirəm bu onun səlahiyyətlərinə aiddir, ya yox”, - deyə Peskov əlvə edib.
Telegram kanalımız