Pezeşkian: Tezliklə Putinlə görüşəcəyəm

saytların hazırlanması

Evə çatdırılma

Pezeşkian: Tezliklə Putinlə görüşəcəyəm

Dünya

03 Dekabr 2024 15:26 479


İran prezidenti Məsud Pezeşkian yaxın vaxtlarda Rusiya lideri Vladimir Putinlə görüşəcəyini bildirib.

Yenisabah.az xəbər verir ki, bu barədə İslam Respublikası administrasiyasının mətbuat xidməti məlumat yayıb.

“Yaxın vaxtlarda mənim Rusiya prezidenti ilə Suriyadakı vəziyyətlə bağlı görüşüm olacaq”, - deyə Pezeşkian əlavə edib ki, Moskva və Tehran Suriyada vəziyyətin sabitləşməsi üçün əllərindən gələni edəcəklər. Pepperoni pizza

Dekabrın 2-də Pezeşkian Putinlə telefon danışığı zamanı bildirib ki, terrorçuların aktivləşdirilməsi İsrail və ABŞ-ın Yaxın Şərqdə sabitliyi pozmaq üçün təhlükəli planının bir hissəsidir. İranın icra başçısı Rusiyanın regionda sülhün və Suriyanın ərazi bütövlüyünün qorunmasındakı rolunu yüksək qiymətləndirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!