Pezeşkianın ofisi qarşısında etiraz edənlər döyüldü 

saytların hazırlanması

Evə çatdırılma

Pezeşkianın ofisi qarşısında etiraz edənlər döyüldü 

Dünya

07 Oktyabr 2024 13:23 451


İran Prezidenti Məsud Pezeşkianın ofisi qarşısında etiraz aksiyası keçirməyə cəhd edən polad sənayesinin təqaüdçüləri döyülüb. 

Axar.az xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb. 

Bildirilib ki, hüquqlarının pozulması, təqaüd haqlarının ödənilməməsinə etiraz etmək istəyənlərdən bir neçəsi də həbs edilərək naməlum yerə aparılıb.  pizza hut

Bundan sonra Əhvaz və Şuş şəhərlərində döyülən və həbs edilənlərə dəstək aksiyası keçirilib. Adı çəkilən şəhərlərdə polad sənayesinin təqaüdə çıxmış işçiləri həmkarlarının döyülüb və həbs edilməsinə etiraz edib, Məsud Pezeşkianı seçkiqabağı verdiyi vədləri unutmaqda günahlandırıblar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!