"Barcelona"nın müdafiəçisi Jerar Pike klubdan ayrılmağa hazırlaşır.
Yenisabah.az “Cadena”ya istinadla xəbər verir ki, 35 yaşlı futbolçu artıq klub rəhbərliyinə gələcək planları barədə məlumatlandırıb.
Müdafiəçi mətbuatın ona və şəxsi həyatına daim diqqət yetirməsindən bezdiyi üçün ölkəni tərk etmək barədə düşünür. pizza
Pike cari mövsümün əvvəlindən bir dəfə də olsun meydana çıxmadan komandanın əsas komandasındakı yerini itirib.
"Barsa"nın baş məşqçisi Xavinin sözlərinə görə, təcrübəli müdafiəçi komanda üçün vacib oyunçu olaraq qalır.
Pikenin "Barcelona" ilə müqaviləsi 2024-cü ilə qədərdir.
Telegram kanalımız