“Barcelona”nın müdafiəçisi Jerar Pike klubdan ayrıldığını və futbolçu karyerasını bitirdiyini açıqlayıb.
Yenisabah.az “MARCA”-ya istinadla xəbər verir ki, bu barədə 35 yaşlı ispaniyalı sosial şəbəkədə video yayımlayıb.
“Siz, azarkeşlər, mənə hər şeyi verdiniz. İndi bütün uşaqlıq arzularım həyata keçib, demək istəyirəm ki, qərar vermişəm. Karyeranı bitirməyin vaxtı çatdı. Həmişə demişəm ki, mənim üçün “Barcelona”dan başqa komanda yoxdur. Belə də olacaq. Şənbə günü “Camp Nou”da son oyunumu keçirəcəyəm. Adi azarkeş olacağam, komandanı dəstəkləyəcəyəm. Ailəmdən mənə keçdiyi kimi, “Barcelona”ya olan sevgimi də övladlarıma ötürəcəyəm. Siz də məni tanıyırsınız, gec-tez qayıdacağam. “Camp Nou”da görüşənədək!” Pepperoni pizza
Qeyd edək ki, Jerar Pike “Barcelona” Futbol Akademiyasının yetirməsidir. O, 2004-cü ildə klubun akademiyasını tərk edərək, 2008-ci ilə qədər oynadığı “Manchester United”ə transfer olub. 2006/07 “La Liga” mövsümündə icarə əsasında “Zaragoza”da oynadığı istisna olmaqla, Pike “Manchester United”lə İngiltərə Premyer Liqasının (Premier League), Superkubok, İngiltərə Liqa Kubokunun (FA Cup) və Çempionlar Liqasının qalibi olub.
2008-ci ildə Pike isə “Barcelona”ya qayıdıb. İspaniyalı müdafiəçi 14 ilini Kataloniya klubunda keçirib. O, 8 dəfə İspaniya çempionatının (La Liga), 7 dəfə İspaniya kubokunun, 6 dəfə ölkə Superkubokunun, 3 dəfə Çempionlar Liqasının, UEFA Superkubokunun və klublararası dünya çempionatının qalibidir.
İspaniya millisinin tərkibində Pike dünya və Avropa çempionu olub.
Qeyd edək ki, Pike “Barcelona”nın heyətində karyerasının son matçını noyabrın 5-də “Almeria”ya qarşı keçirəcək.
Telegram kanalımız