Pike futbola qırmız vərəqə ilə vida dedi

saytların hazırlanması

Evə çatdırılma

Pike futbola qırmız vərəqə ilə vida dedi

İdman

09 Noyabr 2022 11:53 1045


Karyerasında son matçında çıxan "Barselona"nın müdafiəçisi Jerar Pike futbolla qırmızı vərəqə alaraq vidalaşıb.

Yenisabah.az xəbər verir ki, o, La Liqanın 14-cü turunda "Osasuna"ya qalib gəldikləri matçda (2:1) meydandan qovulub. 

35 yaşlı futbolçu komanda yoldaşı Robert Levandovskinin qırmızı vərəqə almasından narazı qalaraq, oyunun fasiləsində baş hakim Xesus Xil Mandanoya yaxınlaşıb. Onların arasında mübahisə yaranıb və bu, Pikenin oyundan kənarlaşdırılması ilə nəticələnib. pizza hut

Pike noyabrın 3-də peşəkar futboldan getdiyini açıqlayıb. O, noyabrın 5-də "Almeriya" ilə oyundan (2:0) sonra "Nou Kamp"da azarkeşlərlə vidalaşmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!