Pikedən “Barselona“ya böyük jest: 52 milyon avrodan imtina etdi

saytların hazırlanması

Evə çatdırılma

Pikedən “Barselona“ya böyük jest: 52 milyon avrodan imtina etdi

İdman

04 Noyabr 2022 14:34 872


"Barselona"dan ayrılacağını və karyerasını başa vuracağını açıqlayan Jerar Pike klubun ona ödəməli olduğu 52 milyon avrodan imtina edib.

Yenisabah.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Bu məbləğə "Barselona"nın koronavirus pandemiyasına görə təxirəsaldığı ödənişlər və futbolçunun cari mövsümdəki maaşının bir hissəsi daxildir. Lakin 35 yaşlı müdafiəçi məbləği Kataloniya təmsilçisinə bağışlayıb.

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Pike 2004-cü ildə "Mançester Yunayted"ə keçib. 2006-cı ildə müdafiəçi "Real Saraqosa"ya bir illik icarəyə verilib. 2008-ci ildə isə Kataloniya klubuna qayıdıb. O, şənbə günü La Liqanın 13-cü turunda "Almeriya" ilə "Nou Kamp"da keçiriləcək oyunun onun üçün sonuncu olacağını bildirib.  Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!