“Pişik cütləşdirmək” tələsi quranlar  8 il “iş“ aldı

saytların hazırlanması

Evə çatdırılma

“Pişik cütləşdirmək” tələsi quranlar 8 il “iş“ aldı

Kriminal

05 Oktyabr 2022 17:36 2033


Bakı Ağır Cinayətlər Məhkəməsində “pişik cütləşdirmək” məqsədi ilə görüşdükləri şəxsə qarşı quldurluq edən Kənan Quliyevə və Məhəmməd Seyidovac (soyadlar şərtidir) hökm oxunub.

Yenisabah.az xəbər verir ki, hər iki nəfər əvvəlcədən əlbir olaraq xüsusi cins ev heyvanları saxlayan şəxslərin maddi imkanlarının geniş olmasını fikirləşib, “Skottish” cinsindən olan pişik sahibinə qarşı quldurluq ediblər.

Kənan Quliyev İnstaqramda Sahib Məlikzadə ilə tanış olub və ona “Skottish” cinsindən olan pişiyini özündəki eyni cinsdən olan pişiklə cütləşdirmək üçün Ramana qəsəbəsində görüşməyi təklif edib. O, hadisə yerinə tanışı Məhəmmədlə birlikdə gedib və orada Sahib Məlikzadəyə hücum edərək ona xəsarət yetiriblər. Canilər Sahibdən mobil telefon və pul oğurlayaraq ona ümumilikdə 137 manat maddi ziyan vurublar. Dominos pizza

Məhkəmədə Kənan Quliyev və Məhəmməd Seyidov Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli biliniblər.

Hökmə əsasən, hər iki şəxsə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Nəzrin Cavadzadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!