Pişiyini döyən idmançının cəzası məlum oldu:   12 ay...

saytların hazırlanması

Evə çatdırılma

Pişiyini döyən idmançının cəzası məlum oldu: 12 ay...

İdman

01 İyun 2022 18:04 1005


"Vest Hem"in futbolçusu Kurt Zouma özünün benqal pişiyini döydüyünə görə cəzalandırılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Sky Sports" məlumat yayıb. 27 yaşlı fransalı futbolçu 12 ay ictimai işlərə məhkum edilib.  O, növbəti 5 il ərzində pişik saxlaya da bilməyəcək. 

Bundan əvvəl məlum olmuşdu ki, Zuma Temza məhkəməsində keçirilən dinləmədə heyvanların rifahı haqqında qanunun pozulması ilə bağlı iki iş üzrə özünü təqsirli bilib. Videoları çəkən Zumanın qardaşı İoan təhrikdə günahını etiraf edib. Toyuqlu pizza

Futbolçunun vəkili Trevor Burke “Vest Hem”in Zoumanı 280 min avro cərimələməsi ilə bağlı məlumatı təsdiqləyib.O, həmçinin futbolçunun alman təchizatçı ilə böyük sponsorluq müqaviləsini itirməsi və Fransa komandasına çağırılmaması faktını qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!