Pivənin kişi orqanizminə dəhşətli nəticələri barədə cərrahdan   XƏBƏRDARLIQ!

saytların hazırlanması

Evə çatdırılma

Pivənin kişi orqanizminə dəhşətli nəticələri barədə cərrahdan XƏBƏRDARLIQ!

Sağlamlıq

28 Avqust 2023 15:50 2607


Tez-tez pivə içən kişilərdə ereksiya problemləri yarana, eyni zamanda sonsuzluq riski arta bilər. 

Yenisabah.az xəbər verir ki, bu barədə Lenta.ru-ya müsahibəsində Dövlət Təhsil Universitetinin Tibb fakültəsinin Fundamental tibb fənləri kafedrasının müəllimi, cərrah Aleksandr Umnov danışıb. 

Onun sözlərinə görə, pivənin tərkibində ağır metalların duzları olduğundan kişilərdə və qadınlarda cinsi hormon - testosteronun istehsalı azalır. Testesteron cinsi sağlamlıqdan məsuldur, kişilərdə sperma, qadınlarda isə yumurta istehsalına təsir göstərir.  pizza sifarişi

Bundan əlavə, pivə kişilərdə qadın cinsi hormonları - estrogenlərin daha aktiv şəkildə istehsal olunmasına təsir edir. Bu da öz növbəsində erektil disfunksiyaya və döşlərin böyüməsinə səbəb olur. 

"Bioloji əlamətlərə görə kişi qadına çevrilir ki, bu da onun reproduktiv funksiyasına təsir edir. Ata olmaq şansı getdikcə azalır, sonsuzluq və cinsi zəiflik ehtimalı da artır. Təbii ki, bu cür pozğunluqlar dərhal deyil, illərlə inkişaf edir", - Umnov vurğulayıb. (publika.az) 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!