Piyada keçidinin olmaması təhlükə saçır: Bir ailəni yarısı ölümdən döndü - Video

saytların hazırlanması

Evə çatdırılma

Piyada keçidinin olmaması təhlükə saçır: Bir ailəni yarısı ölümdən döndü - Video

Hadisə

27 Aprel 2023 02:15 1262


Paytaxt Bakıda bir ailənin yarısını maşın vurub.

Yenisabah.az Xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət Binəqədi rayonu Xocasən qəsəbəsində Ruslan Allahverdiyev küçəsindən gedir.

Ərazidə yaşayan sakinlərdən biri İlham Azayev deyir ki, piyada keçidi olmadığından onun ailə üzvlərini bu yolda maşın vurub. Xoşbəxtlikdən həyati təhlükələri yoxdur. Lakin yolda vəziyyət kifayət qədər təhlükəlidir. Pepperoni pizza

Yaxınlıqdakı yerüstü piyada keçidindən isə sakinlər demək olar ki, istifadə etmirlər.

Onlar bildirib ki, keçidə getmək üçün səki yoxdur.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, metronun Xocasən stansiyası fəaliyyətə başladıqdan sonra, yol infrastruktru ilə bağlı aidiyyəti qurumlar tərəfindən əraziyə baxış keçirilib, müəyyən təhlillər aparılıb.

Sakinlər nəzərdə tutulan işlərin qısa zaman ərzində yekunlaşacağını ümid edir.

Daha ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!