Qax rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
"Yeni Sabah" xəbər verir ki, hadisə axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun Qaxın Zərnə kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, avtomobil yolu keçən piyada, Qax rayon Ləkit kənd sakini Vüsal Çingiz oğlu Şıxəmirovu vurub. Piyada hadisə yerində keçinib. pizza
Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qax rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. /report
Telegram kanalımız