Piyadanı vurub qaçan sürücü tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Piyadanı vurub qaçan sürücü tutuldu

Hadisə

07 Dekabr 2021 10:26 773


Göygöl rayonunda piyadanı vurub qaçan sürücü tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, noyabr ayının 23-də, axşam saatlarında Göygöl rayon Polis Şöbəsinə (RPŞ) Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun 369-cu km-də bir nəfər qadını avtomobil vurması, qəza nəticəsində piyadannın tanınmaz hala düşərək hadisə yerində öldüyü barədə məlumat daxil olub.

Göygöl RPŞ-nin və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib və həlak olan şəxsin Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Tünzalə Rəfiyeva olması müəyyən edilib. Toyuqlu pizza

Polis əməkdaşlarının keçirdikləri təxrəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəzanı törədərək hadisə yerindən yayınan şəxsin kimliyi müəyyən edilib. Araşdırmalar zamanı hadisəni Göygöl rayon Xəqani kəndində yaşayan Fəxri Qasımovun “VAZ-2121” markalı avtomobil ilə törətməsi, daha sonra hadisə yerindən qaçması müəyyən edilib.

Hazırda həmin şəxs barəsində Cinayyət Məcəlləsinin 263.2 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!