"Planlarımız 2030-cu ilədək bərpaolunan enerjinin quraşdırılmış gücdə payını 38 faizə yüksəltməkdir. Bu məqsədlə tərəfdaşlarımızla imzalanmış müqavilələr çərçivəsində quruda və dənizdə əlavə 700 MVt gücün yaradılmasına da enerji sisteminin inteqrasiya imkanları və dayanıqlılığının təmin olunması baxımından yanaşırıq”.
“Yeni Sabah” xəbər verir ki, Energetika naziri Pərviz Şahbazov bu barədə “Azərbaycan qəzetində yayımlanan məqaləsində bildirib. Nazir yazısında vurğulayıb ki, ilkin mərhələdə bərpaolunan enerji üzrə potensial tələbat qiymətləndiriləcək:
“Bu istiqamətdə Çinin Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) ilə elektrik enerjisi ötürmə şəbəkəsinin tədqiqi sahəsində əməkdaşlıq edirik. Tədqiqat çərçivəsində ötürücü şəbəkə üçün texnoloji və iqtisadi baxımdan optimal həllərin müəyyən edilməsi məqsədilə ilk mərhələdə bərpaolunan enerji üzrə potensial tələbat qiymətləndiriləcək, növbəti mərhələdə isə generasiya güclərinin şəbəkəyə inteqrasiya imkanları təhlil olunacaq. Daxili tələbatın təminatı məqsədilə bərpaolunan enerji mənbələrinin inkişafına bu cür ehtiyatlı və mərhələli yanaşma isə enerji təhlükəsizliyinə dair məsuliyyətli mövqeyimizin təzahürüdür”. pizza sifarişi
Nazim Hacıyev
Telegram kanalımız