Polad Bülbüloğlu yüksək vəzifəyə gətirilir - Bu tarixdə 

saytların hazırlanması

Evə çatdırılma

 Polad Bülbüloğlu yüksək vəzifəyə gətirilir - Bu tarixdə 

Siyasət

10 Avqust 2024 09:00 7245


Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun karyerasında yeni mərhələ başlaya bilər. Onun parlament seçkilərindən sonra yüksək vəzifəyə gətiriləcəyi bildirilir. 

Yenisabah.az xəbər verir ki, 79 yaşlı diplomat sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edir. O, namizədliyini 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən irəli sürüb. Qüvvədə olan seçki qanunvericiliyinə uyğun olaraq hazırda diplomatik fəaliyyətini dayandırıb. 

Bülbüloğlu  namizəd olduğu dairədə dünəndən təbliğat kampaniyasına başlayıb.  Sezar pizza

"Yeni Sabah"ın əldə etdiyi məlumata görə, Polad Bülbüloğlu seçicilərin etimadını qazanacağı təqdirdə, sıravi deputat kimi fəaliyyət göstərməyəcək. O, Milli Məclisin Mədəniyyət komitəsinin sədri olacaq. Həmçinin parlamentin Azərbaycan-Rusiya dostluq qrupunun rəhbərliyi də ona həvalə ediləcək. 

Nazim HACIYEV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!