Polad Həşimovun anasını oğlunun adını daşıyan idman klubuna buraxmayıblar - Video

saytların hazırlanması

Evə çatdırılma

Polad Həşimovun anasını oğlunun adını daşıyan idman klubuna buraxmayıblar - Video

Hadisə

14 İyul 2023 08:09 28563


Milli Qəhrəman Polad Həşimovun anası Səmayə Həşimova Qaradağ rayonu Qızıldaş qəsəbə nümayəndəliyinin fəaliyyətindən narazı olduğunu bildirib.

“Yeni Sabah” xəbər verir ki, o, bu barədə P.Həşimovun xatirəsinə təşkil olunmuş anım mərasimində danışıb.

Şəhid anası bildirib ki, hər il oğlunun anım mərasimini Polad Həşimovun adını daşıyan idman klubunda keçirib. Lakin bu il həmin klubunun qapıları şəhid anasının üzünə bağlı olub: pizza

“Qızıldaş qəsəbəsində Polad Həşimov adına idman klubundakı tədbirlərdə 3 il iştirak etmişəm. Amma əfsuslar olsun ki, bu il Qızıldaş qəsəbəsindəki idman klubunda yox, “Laçın” adında restoranda iştirak edirik. Ona görə ki, klubun qapısı bizim üçün bağlı oldu. Amma məlum deyil ki, nədən bağlı oldu”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!