Polis əməliyyat keçirdi: Keçmiş məhkumdan tüfəng götürüldü

saytların hazırlanması

Evə çatdırılma

Polis əməliyyat keçirdi: Keçmiş məhkumdan tüfəng götürüldü

Kriminal

17 Mart 2022 09:41 413


Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində qanunsuz olaraq odlu silah daşımaqda şübhəli bilinən şəxs tutularaq məsuliyyətə cəlb edilib. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı şəhər sakini, əvvəllər soyğunçuluq cinayəti törətdiyinə və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə ümumilikdə 10 ildən artıq məhkumluq həyatı yaşayan Ramin Talıbov saxlanılıb. Şəxsi axtarış zamanı ondan lüləsi və qundağı kəsilmiş (obrez), atəşə yararlı tüfəng aşkarlanaraq götürülüb. R.Talıbov ifadəsində odlu silahı bir neçə il əvvəl Göyçay çayının sahilindən tapdığını və yaşadığı ünvanda gizlətdiyini bildirib.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!