Polis əməliyyat keçirdi: “Patı”, “şüşə”, metamfetamin, marixuana...

saytların hazırlanması

Evə çatdırılma

Polis əməliyyat keçirdi: “Patı”, “şüşə”, metamfetamin, marixuana...

Kriminal

10 Fevral 2022 09:36 832


İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı uğurlu əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini Ələsgər Nuralıyev rayonun Otuziki kəndi ərazisində saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı 1 kiloqram 900 qram narkotik maddə olan heroin, 1 kiloqram 300 qram qram “patı” və “şüşə” adlanan psixotrop maddə - metamfetamin və 2 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb. Toyuqlu pizza

Dindirilmə zamanı həmin şəxs qanunsuz əməllə məşğul olduğunu etiraf ediblər. 

Faktla bağlı İmişli RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!