“Polis işçisi yaxınlaşıb dedi ki...” – Könül Xasıyeva

saytların hazırlanması

Evə çatdırılma

“Polis işçisi yaxınlaşıb dedi ki...” – Könül Xasıyeva

Mədəniyyət

06 Avqust 2021 17:07 3650


“Bir gecə çox düşündüm, yolun sonu olduğunu gördüm. Açıqlamaq istəmədiyim hadisələr oldu. Fikirləşdim ki, özümə qəsd etsəm, Kazımın taleyi necə olacaq...”

Yenisabah.az xəbər verir ki, bu sözləri Xalq artisti Könül Xasıyeva ARB telekanalında yayımlanan “Onun sirri” proqramında qonaq olarkən deyib.

Sənətçi vaxtilə intihar etmək istədiyini açıqlayıb: pizza mizza

“Fikirləşdim ki, özümə qəsd etsəm, Kazımın taleyi necə olacaq? O da həssasdır, anaya bağlı uşaqdır. Sanki övladımı deyil, ürəyimdən daş parçası götürdüm. Dedim, Kazım, hava almağa çıxıram, istəyirsən, gəl. Geyindirdim, əlindən tutdum, dənizin qırağına tərəf getdik. Bunların heç birini hiss etməmişəm. Adımı eşidəndə ayıldım, diksindim. Özümə gələndə gördüm dənizin qırağındayam, bir polis işçisi dayanıb. Dedi ki, siz Könül xanımsınız? Dedim, hə. Soruşdu ki, burada nə edirsiniz? Söylədim ki, heç nə. Ondan sonra qayıdıb gəldim”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!