Polis narkoman sürücünü saxladı

saytların hazırlanması

Evə çatdırılma

Polis narkoman sürücünü saxladı

Kriminal

19 Sentyabr 2022 10:25 851


Qubada narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, Quba rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı "Baic” markalı nəqliyyat vasitəsinin sürücüsü Orxan Məmmədov yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə YPX əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıb.

Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən həmin şəxsin narkotik vasitənin təsiri altında olması sübuta yetirilib. pizza sifarişi

O.Məmmədovun barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbir görülüb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!