Polis özünü çaya atmaq istəyən şəxsi xilas etdi

saytların hazırlanması

Evə çatdırılma

Polis özünü çaya atmaq istəyən şəxsi xilas etdi

Hadisə

04 Oktyabr 2023 20:48 563


Sabirabadda intihar etmək istəyən şəxsi polis son anda xilas edib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün axşam saatlarında qeydə alınıb.

Rayonun Məmişlər kənd sakini E.Nuriyev Cavad kəndi ərazisində Kür çayının üzərindəki körpüyə çıxaraq özünü atmaq istəyib. Ətrafdakı insanlar şəxsi fikrindən daşındırmağa çalışsalar da, buna nail olmayıblar. Toyuqlu pizza

Həmin vaxt xidmətdə olan polis sahə rəisinin sayıqlığı nəticəsində intihara cəhdin qarşısı alınıb. Polis qəfil həmlə ilə kəndlini tutaraq xilas edib. E.Nuriyev polis əməkdaşı ilə söhbəti zamanı şəxsi problemlərə görə özünü çaya atmaq istədiyini deyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!