Polisdən feminist qadınlara xəbərdarlıq - “Hüquq pozuntusudur“

saytların hazırlanması

Evə çatdırılma

Polisdən feminist qadınlara xəbərdarlıq - “Hüquq pozuntusudur“

Sosial

07 Mart 2019 21:39 812


Bakı Şəhər Baş Polis İdarəsi "8 Marş - Zoraklığa Qarşı Get” yürüşü ilə bağlı xəbərdarlıq yayıb. 

Qurumdan "Yeni Sabah"a verilən məlumata görə, hər hansı kütləvi aksiyanın təşkili  müvafiq məsuliyyət yaradır:

"Sosial şəbəkələrdə özlərini "Feminist qadınlardan ibarət təşəbbüs qrupu” adlandıran "8 Marş - Zoraklığa Qarşı Get” iventi yaradıb, paytaxt ərazisində "8 Marş” yürüşü keçirmək barədə çağırış edirlər. pizza mizza

Azərbaycan Respublikasının "Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun tələblərinə görə, kütləvi aksiyaların keçirilməsi üçün təşkilatçılar müvafiq icazə alınması ilə bağlı məsələlərin razılaşdırılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müracət etməlidir.

Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan hər hansı kütləvi aksiyanın təşkili və keçirilməsi hüquq pozuntusu olmaqla, müvafiq məsuliyyət yaradır. Paytaxt ərazisində razılaşma olmadan hər hansı kütləvi aksiyanın keçirilməsi yolverilməzdir və polis tərəfindən qarşısı alınacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!