Polisdən növbəti xeyriyyə aksiyası - Video

saytların hazırlanması

Evə çatdırılma

Polisdən növbəti xeyriyyə aksiyası - Video

Sosial

20 Aprel 2020 14:56 639


Xüsusi karantin rejimi dövründə gücləndirilmiş rejimdə xidmət aparan Daxili İşlər Nazirliyinin şəxsi heyəti bu müddət ərzində öz nəcib və xeyirxah əməllərindən də geri qalmır. Həmişə qayğıya ehtiyacı olan insanların yanında olan Azərbaycan polisi koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar ehtiyacı olan aztəminatlı ailələrə dəstək olmaqda davam edir.

Bu dəfə DİN-in Baş Mühafizə İdarəsinin Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları rayon ərazisində maddi dəstəyə ehtiyacı olan 100 aztəminatlı ailənin gündəlik tələbatlarını ödəyəcək müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar paylayıb.

Sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə prezidenti başda olmaqla, daxili işlər orqanlarının şəxsi heyətinə minnətdarlıqlarını bildiriblər. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!