Polislər qəzaya düşdü   - Yaralılar var

saytların hazırlanması

Evə çatdırılma

Polislər qəzaya düşdü - Yaralılar var

Hadisə

12 İyun 2023 23:15 896


İsmayıllı rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az "Report"a istinadən xəbər verir ki, rayonun Qalıncaq kəndi ərazisində hərəkətdə olan 09-BA-837 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb.

Hadisə zamanı avtomobildə olan şəxslər, İsmayıllı rayon Mühafizə İdarəsinin mülki mühafizə polisləri - Mücühəftəran kənd sakinləri, 1990-cı il təvəllüdlü Seyidov Asiman Şaiq oğlu və 1997-ci il təvəllüdlü Nurəhmədli Yalçın İlahi oğlu xəsarət alıblar. pizza sifarişi

Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!